Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 14:33:00
AzTU əməkdaşlarının regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşləri davam edir

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə görüşləri davam edir. Belə ki, AzTU əməkdaşları Ağdam, Füzuli, Tərtər, Cəbrayıl, Saatlı rayon məktəblərində təhsil alan XI sinif şagirdləri ilə onlayn, Sabirabad, İmişli, Bərdə, Ağcabədi və Beyləqan rayon məktəbliləri ilə əyani formada görüş keçiriblər. Görüşlərdə regional təhsil idarələrinin və məktəblərin rəhbərliyi, şagirdlərin müəllimləri və valideynləri iştirak edib.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra AzTU əməkdaşları universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb.

 

Məktəb direktorları və müəllimlər AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər.

 

Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.

Qeyd edək ki, AzTU əməkdaşlarının XI sınıf şagirdləri ilə görüşləri mütəmadi olaraq davam etdiriləcək.