Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 13:14:00
Magistr tələbələrin imtahan nəticələrini yoxlamasında heç bir qanunsuzluq yoxdu-DİM-dən cavab

 

“Əgər şəxs bakavriatı bitiribsə onun hüquqi imkanı var ki, orta məktəbdə dərs desin. Beləliklə, o, artıq müəllim adını qazanır.”

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrilə bağlı canlı yayımda nəticələri tələbələrin yoxlaması mövzusuna münasibətdə deyib.

 

“İmtahan nəticələrinin yoxlanılması üçün isə biz 2015-ci ildən başlayaraq markerlər üçün hazırlıq kursları həyata keçiririk. Hətta təcrübəli müəllimlər üçün də bu yeni bir işdir. Çünki bu yeni kurikuluma əsaslanan qiymətləndirmə üsullarıdır və bu üsulları izah etmək üçün kifayət qədər təcrübəli ekspertlər kurslarda iştirak etməlidirlər. Marker adını qazanmaq üçün həmin şəxslər bu kurslarda iştirak edir, sonra imtahandan keçir. Daha sonra yenidən kalibrə prosesindən keçib nəticələrin yoxlanılmasına cəlb olunurlar. Bu kalibrə prosesi isə sadəcə yoxlama prosesinin əvvəlində keçirilmir. Hər bir cavab sual-sual yoxlanılır. Kiminsə işi bütövlükdə bir ekspertə göndərilmir”.