Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 13:07:00
Buraxılış imtahanlarında sualların çətinlik dərəcəsi artırılıb? -CAVAB

 

 

“Bu il buraxılış imtahanlarında iştirak edən məzunların ümumilikdə 16%-i 200 baldan yuxarı nəticə göstərib”.

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrilə bağlı canlı yayımda deyib.

 

“Bu təxminən 10 min 800 nəfər yaxın abituriyenti əhatə edir. Biz variantları seçəndə xüsusi proqramlara əsaslanırıq. Burada hansısa bir variantın bir çətin sualını, digər variantın asan sualı ilə yan-yana qoyub  ümumi çətinlik səviyyəsini müqayisə etmək olmaz. Suallar çətinlik dərəcələrinə görə sıralanmır. Çətinlik səviyyəsi isə tək-tək suallara görə deyil, ümumi şəkildə hesablanır”