Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 12:45:00
Bu il az bal toplayanların tələbə adını qazanmaq şansı artdı-SƏBƏB

 

“Buraxılış imtahanlarında istənilən bal toplayan abituriyentlər, ikinci mərhələdə 150-200 bal toplayırlarsa, o ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edə bilər”.

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrilə bağlı canlı yayımda deyib.

 

“Təbii ki, burada 50 baldan yuxarı nəticə göstərən hər bir şagirdin kifayət qədər şansı var ki, keçid balı 150 olan ixtisasları seçsin. Amma təqdim etdiyimiz qrafikdə nəticələri əks olunan şagirdlərin hamısı ali məktəbə sənəd verməyib”.

 

Sədr bu il ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayını açıqlayıb:

 

“Hər il bizdə 11-ci sinfi bitirən məzunların 30-faizi nə ali, nə də orta ixtisas təhsili müəssisələrinə sənəd vermirlər. Bu il də baxmayaraq ki, buraxılış imtahanlarında iştirak edənlərin sayı 90 minə yaxındır, cəmi 67 min məzun sənəd verib”.