Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 16:15:00
SABAH qruplarına tələbə qəbulu sabah yekunlaşır

Aprelin 16-da Təhsil Nazirliyi SABAH qruplarının bakalavriat səviyyəsinə 2022-2023-cü tədris ili üçün tələbə qəbulu başa çatacaq.  

 

AzEdu.az xəbər verri ki, müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.


 
Qeyd edək ki,  yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirak hüququ var.
 

 

Müsabiqə barədə daha ətraflı məlumatla burdan tanış ola bilərsiniz.