Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 16:03:00
Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib” adlı metodik vəsait nəşr edib

Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib” adlı metodik vəsait nəşr edib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, metodik vəsait peşəkar mühasib sertifikatı (PMS) verilməsi üçün keçirilən test imtahanına (I və II mərhələ) hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulub. Vəsaitə bu sahə ilə əlaqədar qanunvericilik aktları, imtahan proqramları, imtahanın hər iki mərhələsinə aid tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib.

 

Nəşri “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.