Təhsil İnstitutunun Təhsil Resursları Mərkəzinin riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması üzrə elan etdiyi müəllif müsabiqəsinə qeydiyyat aparılır.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, namizədin riyaziyyat fənni üzrə dərin bilikləri (elmi dərəcə, yüksək attestasiya nəticələri və s. təqdim edilə bilər), araşdırmaçılıq və tədqiqatçılıq keyfiyyətləri, yüksək özünütəhsil vərdişləri olmalıdır. Bundan əlavə, namizədlərdən xarici dil – rus və ingilis dil biliyi (ən azı oxuyub-anlama səviyyəsində), kompüter və İKT-dən istifadə bacarıqları, təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı, pedaqoji təcrübə, fənn kurikulumu ilə tanışlıq, tədris resurslarının hazırlanması üzrə təcrübə tələb olunur.

 

Müsabiqədə iştirak etmək arzusunda olan və tələblərə uyğun gələn şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur.