Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 13:42:00
Sabah musiqi müəllimləri üçün vebinar təşkil olunucaq

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin “Refleksiv müəllim” layihəsi əsasında aprelin 14-ü saat 15:00-da musiqi fənnini tədris edən müəllimlər üçün vebinar keçiriləcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, layihənin əsas məqsədi müəllimlərdə pedaqoji refleksiya bacarıqlarını formalaşdırmaq, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək, ümumilikdə dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı onlara dəstək olmaqdır.

 

Vebinarda iştirak etmək istəyən müəllimlər aprelin 14-ü saat 12:00-dək https://forms.gle/tvMJx8E6DWbTAzjH9 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.