Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-11 12:05:00
Tələbə krediti almaq istəyən BU MƏQAMLARA diqqət etməlidir-Ötən həftəyə baxış

 

 


AzEdu.az
  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 4-10 aprel tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Daimiləşməs müsabiqəsinin müsahibə mərhələsinə start verilib:

 

Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 2033 nəfər dəvət olunub. Bu gün keçirilən müsahibələrdə cari tədris ilində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, Azərbaycan dili fənləri üzrə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş şəxslər iştirak edəcəklər.

 

DİM kolleclərə tələbə qəbulu elan edib:

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

 

Ərizələrin qəbulu aprelin 25-dək internet vasitəsilə aparılacaq.

 

Azərbaycanda koronavirusa görə bağlanan bütün məktəblər açılıb:

 

Hazırda Azərbaycanda koronavirusa görə distant fəaliyyət göstərən təhsil müəssisəsi yoxdur.

 

Bu barədə  Təhsil Nazirliyindən bildirilib.

 

Ali təhsilin doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayıb:

 

Aprelin 5-də portal.edu.az vasitəsilə ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib.

 

Bu barədə Təhsil Nazirliyindən xəbər verilib.

 

İndi isə ötən həftənin əsas təhsil açıqlamalarına diqqət edək:

 

Təhsil krediti almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb: 

 

2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti üzrə 5678 nəfər müraciət edib.

 

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat tədbirində deyib.

 

Onun sözlərinə görə, həmin müraciətlər arasından 3590 müraciət yekunlaşdırılıb:

 

"Yekunlaşdırılmamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub".

 

Ən çox tələbə təhsil krediti alan universitetin adı açıqlanıb:

 

Təhsil müəssisələri üzrə ödənilmiş təhsil kreditlərinin məbləği açıqlanıb.

 

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib ki, kreditlər üzrə ən yüksək məbləğ 206 min 500 manat olmaqla Azərbaycan Dövlət İqtisad Universitetinə ödənilib.

 

"Həmin məbləği 229 tələbə qazanıb. Daha sonra 192 tələbə üçün 176810 manat Bakı Dövlət Universitetinə, 170 tələbə üçün 103 200 manat Gəncə Dövlət Universitetinə, 130 tələbə üçün 102530 manat Azərbaycan Texniki Universitetinə ödənilib", - o vurğulayıb.

 

Bir ailənin üç üzvü tələbə təhsil krediti alıb:

 

2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti alanlar arasında bir ailənin üç üzvü də var.

 

47 ailədən 94 tələbəyə sosial tələbə krediti, 50 ailə olmaqla 101 tələbə isə standart kredit alıb. 96 ailədən isə 2 nəfər kredit alıb.

 

“Ödənişli qiyabi təhsil alanların sayı azdır".

 

"Azərbaycanda ödənişli qiyabi təhsil alanların sayı azdır".

 

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.

 

"Mən bu təhsil növünün qarşıdakı illərdə mövcud olacağını ümid etmirəm. Həm də qiyabi təhail alan tələbələrin işləyib qazanmaq imkanı olduğu üçün onlara kredit nəzərdə tutulmayıb", - o bildirib.

 

Tələbələrə verilən təhsil kreditinin məbləği açıqlanıb:

 

Təhsil tələbə kreditlərinin ödənişi üçün xərclənən vəsait açıqlanıb.

 

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.

 

O bildirib ki, bunun üçün, təxminən, 2 milyon 200 min manat sərf olunub.

 

A.Paşayev kredit alan tələbənin dünyasını dəyişdiyi və ya əmək qabiliyyətini itirdiyi halda kreditin qaytarılması ilə bağlı mexanizmin necə tənzimləndiyinə də aydınlıq gətirib. Sədr söyləyib ki, bu zaman sığorta işə düşür və məbləğ fonda qaytarılır.

 

O, bildirib ki, bu kreditdə heç bir zaminsiz girov tələbi yoxdur: "Tələbənin valideynlərinə və 3-cü şəxslərə yük düşmür".

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları