Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-01 12:25:00
Cəlilabadda uçan məktəbin şagirdləri təhsillərini bu cür davam etdirirlər- RTŞ-dən məlumat

 

 “Şagirdlər təhsillərini qonşu kənddə davam etdirirlər”.

 

Bunu AzEdu.az-a  Cəlilabad Rayon Təhsil Şöbəsindən bildiriblər.

 

Belə ki, Cəlilabad rayonunda orta məktəb binasında uçqun baş verib.

 

Hadisə rayonun Musalı kənd məktəbində qeydə alınıb.

 

RTŞ bildirir ki, hadisəyə güclü qar yağması səbəb olub:

 

“19 mart 2022-ci il tarixində  ölkə ərazisində yağan güclü qar nəticəsində  Cəlilabad rayon Musalı kənd orta məktəbinin bir hissəsi yararsız hala düşüb.

 

Həmin tarixdən 28 marta kimi iş günü olmadığı üçün biz 1 və 4-cü sinifləri, həmçinin, məktəbəhazırlıq qruplarını  qonşu kənd olan Zəhmətabad kənd tam orta məktəbinə köçürmüşük. Şagirdlər hazırda tədrisi burada davam etdirirlər. Məktəbin bir hissəsi  öncədən də yarasız halda idi, bununla bağlı 1 noyabr 2021-ci ildə 5 və 11-ci sinif şagirdləri  köçürülüb. Sadəcə, ibtidai siniflər  binanın qəzasız olan hissəsində tədrislərini davam etdiriblər.

 

Hazırda şagirdlər 1 kilometr məsafəni qət etməklə qonşu kənd olan Zəhmətabada dərsə gedirlər.

 

Baş verən hadisə ilə bağlı Təhsil Nazirliyinə və İcra Hakimiyyəti orqanına məlumat verilib”.

 

Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.

 

Uçqundan əvvəl təhsil müəssisəsində təhsil alanların sayı 196 nəfər təşkil edib. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən şagirdlərin hamısı burada tədrisə cəlb olunmayıb.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları