Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-01 11:47:00
MİQ-lə bağlı ən vacib rəsmi məlumatlar – Hamısı bir arada

 

 

Müəllimlərin işə qəbulu müsabiqəsi yaxınlaşdıqca müdavimləri narahat edən məsələlərdən biri də yeni qəbul qaydalarının  tənzimlənməsi ilə bağlıdır.

 

Təhsil Nazirliyi martın 31-də facebook üzərindən keçirdiyi canlı yayım vasitəsi ilə  MİQ-lə bağlı bəzi vacib məqamlara toxunub.

 

AzEdu.az həmin vacib məqamları təqdim edir:

 

“Bu il də Müəllimlərin İşə Qəbulu müsabiqəsi bölgələr üzrə keçiriləcək”

 

Bunu İnsan Resursları Mərkəzinin müdiri Nurlan İsmayılbəyli  söyləyib:

 

O, qeyd edib ki, MİQ-in hər zaman olduğu kimi yay aylarında təşkili nəzərdə tutulur.

 

“Ötən il 60 min müdavim MİQ-də iştirak üçün müraciət edib”

 

Məlumatı İnsan Resursları Mərkəzinin müdiri Nurlan İsmayılbəyli deyib:

 

“Həmin şəxslərdən 13 mini işləyən, 6 min nəfəri isə 3 ildir ki, müəllim kimi fəaliyyətdə olan  şəxslərdir”.

 

“MİQ müsabiqəsinin test imtahan mərhələsinə metodika və pedaqogikaya yeni mövzular əlavə olunub”.

 

Bunu Təhsil İnstitutunun Metodiki Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva vurğulayıb.

 

O, qeyd edib ki, bu mövzular müəllimlərin şagird və valideynlə münasibətini tənzimləyəcək:

 

“Bu il təlim üsullarının sayı artırılıb. Onlardan bir hissəsi müəyyən fəndə, digəri isə başqa dərsdə effektiv olur. Hər müəllim öz tədris etdiyi fənnə uyğun bunu müəyyənləşdirilməlidir. Həmçinin, bir neçə ilki müşahidələr göstərir ki, şagirdlərin yaş psixologiyasına uyğun olaraq bir neçə nəzəriyyələr əlavə edilib”.

 

“Sınaqların keçirilməsi ilə bağlı Təhsil İnstitutunda müzakirələr aparılır”

 

Bunu Təhsil İnstitutunun Metodiki Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva qeyd edib:

 

“Son illər pandemiya olduğu üçün biz bunu keçirməkdə çətinlik çəkdik. Lakin bu ilin yay aylarına yaxın zamanda ola bilər ki, Təhsil İnstitutu tərəfindən keçirilsin”.

 

“Məktəbəqədər təhsil müəssisələrinə qəbulun işə qəbul şəkilində olunması nəzərdə tutulur”

 

Bu sözləri İnsan Resursları Mərkəzinin müdiri Nurlan İsmayılbəyli deyib:

 

“Burada ilk olaraq məktəbəqədər təhsil ixtisasını bitirən ali və orta ixtisas təhsilli kadrlar cəlb ediləcək.Proses haqqında geniş məlumat MİQ müsabiqəsinin keçirilməsindən öncə veriləcək”.

 

“Sualların strukturunda dəyişiklər olmayacaq”.

 

Bu sözləri Təhsil İnstitutunun Metodiki Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva Təhsil Nazirliyinin canlı yayımında söyləyib:

 

“Biz bu şəkildə namizədlərin bilik və bacarıq səviyyəsini öyrənə biləcəyik. Bu yolla müəllimlərin gələcəyimizin inkişafındakı yerini öyrənmiş olacayıq”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları