Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 12:25:00
Elmə fayda verməyən şəxslər AMEA-dan uzaqlaşdırılmalıdır-Vitse-prezident  

 

 

“Yaşı fəaliyyətinə mane olan şəxslər  attestasiya yolu ilə akademiyadan uzaqlaşdırılır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova deyib.

 

O, son zamanlar AMEA-da  yaş həddinin tənzimlənməsi ilə bağlı aparılan islahatlara münasibət bildirib:

 

“Hazırda ölkəmizdə gənclərə xüsusi diqqət ayrılır. Gənc nəsil irəli çəkilməlidir, onlar bütün sahələrdə olduğu kimi elm sferasına da öz tövhəsini göstərməldir. AMEA-da gənclərə üstünlük verilir, onlar rəhbər və aparıcı sahələrdə təmsil olunurlar.

 

İstəyirik ki, akademiyada aprılan islahatlar ölkədə baş verən yeniliklərə uyğunlaşdırılsın.

 

AMEA-da gənclərin xaricdə təhsilinə çox böyük önəm verilir. Bizim bölmənin 17 gənci  xaricdə aparıcı universitetlərdə doktorantura təhsili alırlar. Bu ali məktəblərin əhatə dairəsi Oksford universitetindən başlayaraq Avropa ölkələrinə qədər yayılıb. Gənclər aktivləşiblər, 2015-ci ildə əsası qoyulan magistratura təhsili öz nəticəsini verib. Onların elmi potensialı bir çox parametrlərə görə digər magistrlardan  fərqlənir, çünki keçdikləri kurslar fundamental  əsasa dayanır. Tələbələrin əldə etdiyi nəzəri və buna əsaslanan praktiki bilikləri həm öz ölkəmiz, həm də xarici dövlətlərdə təhsillərini davam etdirmələrinə şərait yaradacaq. Yaxın zamanlarda çox savadlı və bilikli gənclərimiz olacaq. Bu, da akademiyada aparılan işlərin nəticələridir”.

 

Həmçinin, vitse-prezident ixtisarlara da münasibət bidlirib:

 

“İxtisarlar getməlidir, elmə fayda verməyən, yaşı onun fəaliyyətinə mane olan şəxslər  attestasiya yolu ilə akademiyadan uzaqlaşdırılır. Bu proses davamlı şəkildə həyata keçiriləcəkdir. Bizim institutun 120 nəfər əməkdaşından  75-80%-ni gənclər təşkil edir. 70 yaşdan yuxarı bizim intitutda yalnız 3 nəfər  çalışır. Bu da ilshatların nəticəsində baş verir. Digər institutlar da bu kimi tədbirləri həyata keçirməlidir”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları