Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 11:48:00
Bu paxıllıq və qısqanclıq hissi niyə formalaşıb?  - Təhsil eksperti problemi 

 

“İnsanların  bir-birinə olan rəqabəti bütün təhsil  camiəsinə qarşı nifrət hissi oyadıb”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

 

O, son zamanlar təhsil eksperti adının verilməsi məsələsinin müzakirə predimentinə çevrilməsinə münasibət bildirib:

 

 

“Hazırda ölkədə təhsillə bağlı bir çox problemlər var. Bu məqamda belə mövzunun müzakirə edilməsini düzgün hesab etmirəm. Proseslərdən xəbəri olmayan şəxslər digərlərini günahlandırmaqla məşğuldur. Bilmirəm ki, bu paxıllıq və qısqanclıq hissi niyə formalaşıb? Yekun nəticədə isə insanların  bir-biri ilə rəqabəti bütün təhsil  camiəsinə və sferasına  qarşı nifrət hissi oyadıb. Düşünürəm ki, hər kəs başını aşağı salaraq işini görsə, daha yaxşı və məqsədəuyğun olar”.

 

 

Təhsil eksperti qeyd edir ki, hazırda həllini gözləyən vacib məsələlər var:

 

 

“Hazırda insanlar   mövcud çağırışlara cavab verən müasir innovasiyalar üzrə işlər  axtarışdadır. Bəzi şəxslər isə sanki hələ də şou mühitindən çıxa bilmirlər.

 

Ən ciddi problemlərdən biri də ukraynalı tələbələrin ölkəmizə təxliyə edilməsidir. Həmçinin, Rusiyada yaşayan azərbaycanlı tələbələrlə bağlı da problemlər var. Ərizə qəbulunda iştirak edən şəxslərin sayı artaraq 95 min nəfərə çıxıb, plan yerləri isə azdır. Bu qədər vacib işlər kənarda qala-qala  ekspert adının verilməsi məsələsinin müzakirə edilməsi yanlış addımdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları