Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-06 14:22:51
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb

Bu gün 2024/2025-ci tədris ili üçün musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb.

 

AzEdu.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki həmin məktəblərə şagird qəbulu ilk dəfə olaraq elektron qaydada həyata keçirilir.

 

Mayın 6-sı 12:00-dan start götürən qəbul prosesi "my.culture.az" vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcək.

 

Qeyd edək ki, mayın 6-31-də tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.