Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-06 16:45:49
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilib

Ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil iki qadını vurub, nəticədə onlardan biri dünyasını dəyişib.

 

AzEdu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada vəfat edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva təhsil sahəsində tanınmış şəxs imiş. Uzun illər pedaqoji fəaliyyət göstərmiş G.Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl vəzifədən azad edilibmiş.

 

Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir.