Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 09:38:00
  “AMEA-da ixtisarlar aparılmalı, əsl alimlərin maaşı 4-5 dəfə artırılmalıdır”-Firudin Cəlilov

 

 

 

“AMEA-da 150 işçisi olan institutlar  var ki, onların yalnız 10-15 nəfəri elmlə məşğuldur”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq Təhsil naziri, professor  Firudin Cəlilov deyib.

 

 

O, son zamanlar AMEA-da mediada tez-tez işıqlandırılan  aparılması  zəruri olan islahatlar, görüləcək təxirəsalınmaz işlər barəsində danışıb.

 

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev özünün yazdığı geniş məqalədə bu nüanslara toxunub:

 

 

Firudin Cəlilov məsələyə münasibət bildirib:

 

 

“Hazırda AMEA-da böyük islahatların aparılmasına ehtiyac var. Daha doğrusu, təhsil və elm bir medalın iki üzüdür. Akademiyanı universitetlərlə birləşdirmək lazımdır, onların arasında əlaqə genişlənməlidir. AMEA-dakı tanınmış alimlər universitetlərə gedərək təcrübələrini bölüşməlidirlər. Onlar ali təhsildəki dərs prosesində iştirak etməlidir. Həmçinin, magistrantlar AMEA-da təcrübə keçib, burada olan tədris prosesini, həmçinin, akademiklərin elmi biliklərini mənimsəməlidir. Bu tip əlaqələri yaratmaq lazımdır”.

 

 

Firudin Cəlilov qeyd edir ki, AMEA-da  elə institutlar var ki, onların 150 işçisi var:

 

 

“Onlardan yalnız 10-15 nəfəri elmlə məşğuldur. Digərləri isə qıraqda gəzib, ortada yeyənlərdir. Ciddi islahati tədbirlər həyata keçirilməli, ixtisarlar tətbiq edilməlidir. İşdən kənarlaşdırılan şəxslərin nəvacibləri isə  elmi məhsulu çox, ciddi biliyə sahib, dəyərli əsərlərin müəlliflərinə verilməlidir. Bu insanların maaşı 4-5 qat artırılmalıdır. İxtisarları bu yöndə etmək daha doğru olar.

 

 

 

Həmçinin, Elm Haqqında Qanun parlamentdə təsdiq edilməlidir. O, Təhsil Haqqında Qanuna uyğunlaşmalı, onlar arasında əlaqə yaradılmalıdır. Biz bunu 1990-cı illərdə etmək istəyirdik, lakin mümkün olmadı”.

 

 

Qeyd edək ki, AMEA-da işçilərin yaş həddinin aşağı endirilməsi, bəzi institutların birləşdirilməsi, həmçinin, doktoranturaya qəbul prosesinin sadələşdirilməsi irəli sürülüb.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları