Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-17 13:35:00
Ukraynada onlayn uşaq bağçası fəaliyyətə başlayıb

 

Ukraynada bazar ertəsindən etibarən ümumi orta təhsil müəssisələrində tədris prosesi bərpa edilib.

 

Tədris formatı bölgələrdəki təhlükəsizlik vəziyyətinə uyğun olaraq onlayn, əyani, yaxud öncədən hazırlanan videomateriallarla həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, Ukrayna Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, həmçinin məktəbəqədər yaşı uşaqlar üçün NUMO onlayn uşaq bağçası da fəaliyyətə başlayıb.

 

Məlumata görə, hazırlanmış sistem nəticəsində hazırki vəziyyətlə əlaqədər xaricə gedən məktəblilər, həm də ölkədə təhlükə səbəbilə tədrisə tam cəlb oluna bilməyən şagirdlər tədris prosesində iştirak edə bilir.

 

Müəllimlər və şagirdlərin tədrisə asanlıqla cəlb edilməsi üçün ümumi ölkə tədris platforması istifadəyə verilibv, həmçinin onlayn testlər, dərs materialları və dərslərin videoformatda izahı da you tube kanalında məktəblilərə təqdim olunur.

 

 1-11-ci siniflər üçün tədris prosesinin sistemli təşkili məqsədilə onlayn dərs cədvəlləri də yaradılıb. Statistik məlumatlara əsasən Nazirliyin you tube kanalındakı dərs videoları gün ərzində 240 minə yaxın izlənir. Həmçinin son 48 saatda kanala 30 min yeni abunəço qoşulub.

 

Yaradılan platformada tədris materiallarına müharibə səbəbilə ukraynalı məktəblilərin təxliyə olunduğu Polşa, Almaniya, Çexiya, Hollandiya, İtaliya və Moldova ölkələrindən izləyici ziyarəti olur.