Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-10 14:50:00
“Ali təhsil, tədqiqat və innovasiyalar üzrə qlobal Avropada qadınlar elmdə” mövzusunda müzakirələr aparılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Azerbaijani Women in Science” Assosiasiyası və Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunan “Ali təhsil, tədqiqat və innovasiyalar üzrə qlobal Avropada qadınlar elmdə” mövzusunda panel müzakirələri keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament rəhbəri Aysel Kərimli, Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq işləri üzrə müşaviri Jerom Kel və Strasburq Universitetinin proqnoz və strateji fəaliyyətlər üzrə vitse-prezidenti Katerin Florents çıxış ediblər.

 

Tədbirin ikinci hissəsində - panel müzakirələrində Strasburq Universitetinin bərabərlik, paritet, müxtəliflik üzrə vitse-prezidenti professor İsabel Kraus, professor Alessia Maggi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında ətraf mühit üzrə mühəndis Mədinə Hacıyeva, “Azerbaijani Women in Science” Assosiasiyasının təsisçisi və direktoru Günel Ağabəyli və UFAZ-ın kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbəsi Ləman Cəlilova fikirlərini bölüşüblər.

 

Panel müzakirələrdə həm Azərbaycanda, həm də Fransada Avropa əməkdaşlığı kontekstində ali təhsil, tədqiqat və innovasiya sahəsində qadınların rolundan bəhs edilib.