Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-10 12:12:00
BMU-nun müəllimi DOST mərkəzində təlim keçib

Bakı Mühəndislik Universitetinin (BMU) İngilis dili kafedrasının müəllimi Aysel Soltanova 4 saylı Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzində könüllülər üçün təşkil olunmuş master-klassda təlim keçib.

 

AzEdu.az xəbər verir ki, 2 hissədən ibarət olan təlimdə öncə uğur mövzusu haqqında təqdimat edilib və iştirakçılarla fikir mübadiləsi aparılıb.

 

İkinci hissədə isə ingilis dilində ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi istiqamətində oyunlar keçirilib və uğur qazanan könüllülərə həvəsləndirici hədiyyələr təqdim olunub.