Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 17:43:00
COVID-ə görə təhsilin büdcə xərclərində icra ilə proqnoz arasında fərq var

Hökumət təhsil xərclərinin 6,7% həcmində xərclənilməməsinə münasibət bildirib.

 

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

 

Qeyd edilib ki, pandemiyanın törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı ölkədə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində müəssisə, idarə və təşkilatlar xüsusi rejimdə, o cümlədən təhsil müəssisələrində təhsil prosesi distant formada həyata keçirilməklə fəaliyyət göstəriblər. Bununla əlaqədar olaraq, təhsil müəssisələrinin idarə, kommunal, kütləvi tədbirlər üzrə xərclərin, habelə bəzi əsaslı xərclərin faktiki icrası nəzərdə tutulandan aşağı olub.

 

"Təhsil xərclərinə ayrılan vəsaitdən hər il müxtəlif səbəblərdən qismən qənaətlər olur, bu qənaətlərin digər prioritet xərclərə yönəldilməsi ilə bağlı hər il Təhsil Nazirliyinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyati orqanına təqdim etdiyi təkliflər əsasında həmin qənaət məbləğlərinin əsas hissəsinin digər zəruri xərclərə yönəldilməsi təmin olunur. Təbii ki, 2020-ci ilda pandemiya ilə əlaqədar bu qənaətin həcmi əvvəlki illərə nisbətən çox olub, lakin həmin il mövcud vəziyyət nəzərə alınaraq büdcə xərclərində qənaətə üstünlük verildiyindən, Təhsil Nazirliyi tərəfindən ən zəruri sosial xərclər istisna olmaqla, qənaət olunan xərclərdən yerdəyişmələrə dair digər təkliflər verilib", - diqqətə çatdırılıb.

 

 

Qeyd edək ki, pandemiya səbəbindən büdcə xərclərində icra ilə proqnoz arasında fərq 3,9% olub. Buna səbəb bu dövrdə nəzərdə tutulan kütləvi tədbirlərin keçirilməməsi və ya onlayn təşkil edilməsi olub.