Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 17:05:00
Müxtəlif maliyyə mənbələri üzrə təhsilə çəkilən xərclər necə hesablanır? – Dəqiq düstur

YUNESKO-nun Statistika İnstitutunun metodoloji tövsiyələrinə əsasən, təhsil üzrə xərclər maliyyələşdirmə mənbələrinə görə belə qruplaşdırılır: dövlət maliyyələşdirmə mənbələri; özəl (qeyri-dövlət) maliyyələşdirmə mənbələri; beynəlxalq maliyyələşdirmə mənbələri.

 

AzEdu.az ayrı-ayrı maliyyə mənbələri üzrə təhsilə çəkilən xərclərin ümumi təhsil xərclərindəki xüsusi çəkisinin hesablanması qaydasını təqdim edir:

 

Ayrı-ayrı maliyyə mənbələri üzrə təhsilə çəkilən xərclərin xüsusi çəkisi təhsil sisteminin fəaliyyətinin maliyyələşdirilməsinin mənbələr üzrə bölgüsünü (strukturunu) əks etdirir. Hər mənbənin təhsilin maliyyələşdirilməsində rolunu xarakterizə edir, habelə təhsil sisteminin dövlət xərclərindən nə dərəcədə asılı olduğunu göstərir.

Bu göstərici təhsilin səviyyələri üzrə hesablanır.

 

Göstərici aşağıdakı düsturla hesablanır:

 

% XEts = XEts * 100
                 TXEt

burada,
  

%XEts   –    t maliyyə ilində s maliyyələşdirmə mənbəyinin təhsil xərclərinin ümumi həcmində xüsusi çəkisi;

 

XEts  –    t maliyyə ilində s maliyyələşdirmə mənbəyindən təhsilə yönəldilən xərclərin məbləği;

 

TXEt     –    t maliyyə ilində təhsil xərclərinin ümumi məbləği.

 

Göstəricinin hesablanması üçün məlumat mənbələri aşağıdakılardır:

-Maliyyə Nazirliyinin Dövlət büdcəsinin icrasına dair illik hesabatları;

 

-müəssisə və təşkilatların illik statistika hesabatları;

 

-ev təsərrüfatlarının tədqiqatının və təhsil xərcləri üzrə ev təsərrüfatlarında keçirilən xüsusi müayinələrin məlumatları;

 

-təhsil sahəsində fəaliyyətlə bağlı müxtəlif dövlət orqanlarının, o cümlədən Təhsil Nazirliyinin hesabatları.

 

Qeyd: Məqalə Dövlət Statistika Komitəsinə istinadən yazılıb.