Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 14:47:00
Son 3 ildə Bu universitetin rektoruna tələbələrdən birbaşa 11 035 müraciət daxil olub  

Son 3 ildə Bakı Dövlət Universitetinin (BDU) rektoruna tələbələrdən daxil olan müraciətlərin sayı açıqlanıb.

Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son illər Bakı Dövlət Universitetin (BDU) əsas binasında bilavasitə rektor Elçin Babayevin nəzarət etdiyi “Tələbə müraciətləri qutusu” qoyulub, eyni zamanda Universitetin bsu.edu.az rəsmi saytında “Tələbədən rektora” elektron müraciət bölməsi açılıb: "Tələbə müraciətləri qutusu” və “Tələbədən rektora” müraciət bölməsi vasitəsilə bu günədək BDU-nun rektoru Elçin Babayevə 11035 müraciət daxil olub.

Rektora birbaşa olaraq 2019-cu ildə 2098, 2020-ci ildə 3392, 2021-ci ildə isə 4757 müraciət olub. Bu ilin iki ayı ərzində BDU rektoruna 788 tələbə müraciət edib.

Daxil olan müraciətlər daha çox təhsil haqlarının ödənilməsinə möhlətin verilməsi, yataqxana təminatı, yenidən təhsilə bərpa, aztəminatlı tələbələrə kömək, eləcə də yeni ixtisasların açılması, ikili diplom və mübadilə proqramlarının artırılması, layihələrinin dəstəklənməsi və s. ilə bağlı xahiş və təkliflər olub.

Tələbələrin hər bir müraciəti fərdi qaydada qeydə alınıb, öyrənilib, aidiyyəti üzrə tədbirlər görülüb".

 

report