Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-08 14:03:00
Dünya elminin axarını dəyişən məşhur alim və ixtiraçı qadınlar

 

 


 AzEdu.az  8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı  tarixdə iz  qoyan bir sıra qadınları təqdim edir:

 

Mariya Küri

Mariya Skladovska Küri Polşada dünyaya gəlib, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülüb.  Radium elementini məhz o kəşf edib. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olub. Elementlərin öz-özünə şualanmasına   radioaktivlik adını məhz Mariya və  həyat yoldaşı Pyer Küri verib.  Pyer Küri ilə birlikdə  polonium və radium elementini kəşf edib.

İsgəndəriyyəli Hipatiya

Yunan əsilli filosof, ilk riyaziyyatçı qadın sayılan Hipatiya, eyni zamanda, astronom da olub. Hipatiya alimliyi ilə tanınıb və müəllimlik edib. O, İsgəndəriyyə kitabxanasında  fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər verib;

Meri Enninq

Birtaniyalı Meri Enninq skelet toplayıcısı və paleontolojist olub. Onun elmi işləri Yer kürəsinin qədim dövrü barəsində tarixi və həyatı barəsində təsəvvürün dəyişməsinə səbəb olub. Meri Aninq 1809 və 1811-ci illər arasında hələ 10-12 yaşında olarkən dinozavr qalıqlarını aşkarlayıb və aşkarlanan qalıqların bütün hissələrini müəyyən müddət sonra birləşdirib.

Ada Lavleys

Tarixdə ilk proqram yazılışı  ilə məşhur olan ingilis alimi Ada Lavleys ixtisasca riyaziyyatçıdır. Hər şeydən əvvəl Çarlz Bebbic tərəfindən hazırlanan layihə əsasında hesablama maşınının ilk dəfə təsvirini verən şəxs kimi tanınıb. Dünyada ilk hesablama proqramı da o tərtib edib;

Elizabet Bləkbörn

Biologiya sahəsində araşdırmalar edən Elizabet Bləkbörn  xromosomların uclarında olan və onları qoruyan telemor adlı strukturlarla bağlı işləri ilə məşhurdur.  Fiziologiya və tibb üzrə Nobel mükafatını 2009-cu ilə qazanıb.  

Barbara  Maklintok

Qadın botanikaçı Barbara Makklintok  “biologiya mələkləri” siyahısında daha çox tanınır. O,  qarğıdalı bitkisi üzərində etdiyi araşdırmalar botanikada bu gün də istifadə  edilir.