Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-24 10:05:00
Təhsil Nazirliyi: Şagirdlər üçün muzey həftəsi təşkil olunub

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Muzeylər və Qarabağın mədəniyyət incisi Şuşa” adlı interaktiv muzey həftəsi layihəsi həyata keçirilib.

 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində turizm profilli dərnək üzvlərinin Azərbaycan Milli İncəsənət Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Bülbülün və Üzeyir Hacıbəylinin ev-muzeylərinə ekskursiyası təşkil olunub. Ekskursiyalarda ümumilikdə 571 şagird iştirak edib.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilərə muzeylərdə Şuşa irsinə aid olan eksponatlar, həmçinin Azərbaycan mədəniyyətinin inciləri, memarlıq salnamələri və zəngin mədəni irsi haqqında məlumat verməkdir. Eyni zamanda, onların asudə vaxtlarını səmərəli təşkil etmək, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq və muzeylərin kolleksiya fondu ilə tanış etməkdən ibarətdir.