Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 15:43:00
Peşə məktəblərində oxuyanlara  hərbi xidmət  möhləti verilir? – Dəqiq cavab

Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi barədə məsələ "Peşə təhsili haqqında" yeni qanun layihəsində əksini tapıb.

AzEdu.az xəbər verir ki, qanun layihəsinin 4-cü (Peşə təhsili sahəsində dövlətin vəzifələri) maddəsində deyilir: "Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilsin”.

Qeyd edək ki, Milli Məclisin fevral ayında keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Qanun layihəsi Azərbaycanda peşə təhsili sisteminin quruluşunu müəyyən edir. “Peşə təhsili haqqında” qanun layihəsinin 9-cu maddəsində yazılır:

1.ilk peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri və metodiki hazırlıq;

2.texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq;

3.orta peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq.

Peşə təhsili müəssisələrinin növləri bunlardır:

  1. peşə məktəbi;
  2. peşə liseyi;
  3. peşə təhsil mərkəzi.

Qaydaya əsasən, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir. Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir. Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir. Peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kursları təşkil olunur. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir. Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir