Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-22 10:42:00
Azərbaycan dili üzrə vebinar təşkil olunacaq

Fevralın 23-ü saat 17:00-da Azərbaycan dili üzrə “Sintaksis” bölməsinə aid vebinar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, vebinarda spiker qismində təlimçi müəllim Aqil Əliyev çıxış edəcək. Vebinarın keçirilməsində məqsəd müəllimlərin sertifikasiya imtahanı ilə bağlı olaraq “Sintaksis” bölməsinə dair müxtəlif növ tapşırıqların təhlilidir.

 

Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.