Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-18 15:49:00
AMEA-nın sabah Ümumi Yığıncağı keçiriləcək, gündəlik müəyyənləşib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının sabah keçiriləcəyi dəqiqləşib.


AzEdu.az xəbər verir ki, bu barədə APA-ya AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.


A. Balayeva bildirib ki, iclasın gündəliyinə yalnız kadr məsələsi daxil edilib.


Qeyd edək ki, AMEA-nın Nizamnaməsinə əsasən, Ümumi Yığıncaq onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Buna görə də dünən AMEA-nın yaydığı rəsmi məlumatda bildirilmişdi ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək və bundan sonra iclasın gündəliyi məlum olacaq.


AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev isə APA-ya açıqlamasında bildirmişdi ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq.