Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-17 11:54:00
AMEA: "Ramiz Mehdiyev işə çıxmayıb, ərizəsini bu gün təqdim edəcək"  

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün işə çıxmayıb".

 

AzEdu.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

 

O bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən - fevralın 16-da işə çıxıb: "O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı. Ramiz Mehdiyev istefa ərizəsini yazaraq yekunlaşdırıb. Məndə olan məlumata görə o, istefa ərizəsini bu gün təqdim edəcək".