Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-17 10:33:00
Respublika Fənn Olimpiadalarına hazırlıqla bağlı təlimlər keçirilir  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Respublika Fənn Olimpiadalarının növbəti mərhələlərinə hazırlıq məqsədilə onlayn təlimlərə start verilib.

 

AzEdu.az xəbər verir ki, onlayn təlimlər müvafiq fənn müəllimləri və olimpiadanın yarımfinal mərhələsində iştirak hüququ qazanmış şagirdlər üçün nəzərdə tutulub.

 

Beş fənn (riyaziyyat, informatika, fizika, kimya və biologiya) üzrə keçirilən təlimlər zamanı ötən illərin yarımfinal və final mərhələlərinə aid tapşırıqlar izah edilir, bununla bağlı müvafiq istiqamətlər verilir.

 

Təlimləri Respublika Fənn Olimpiadaları üzrə təcrübəli mentorlar keçirlər.

 

Qeyd edək ki, təlimlərin paytaxtın 12 inzibati rayonu üzrə davam etdirilməsi nəzərdə tutulur.