Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-16 11:29:00
Müəllimlərin yerdəyişməsi BU TARİXDƏN aparılacaq

“Bu il müəllimlərin yerdəyişməsinə iyun ayından başlanılması nəzərdə tutulur”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov online brifinqdə deyib.

 

Şöbə müdiri bəzi müəllimlərə vakansiya mərhələsində öncəlik veriləcəyini açıqlayıb:

 

"İlk olaraq daimi əsaslarla işləyənlərə və şəhid ailəsi üzvlərinə vakansiya mərhələsində öncəlik veriləcək. Növbəti mərhələdə digər kateqoriyada olan namizədlər iştirak edə biləcəklər. Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə, digər bölgələrdə isə açıq şəkildə olacaq". O, qeyd edib ki, həvəsləndirmə tədbirləri tətbiq olunan müəllimlərin fəaliyyəti hər zaman diqqət mərkəzində olur: “Onlar arasında da 3 il müddətində fasiləsiz işləyən müəllimlərin nəticələri yerdəyişmə zamanı 1.05, 5 ildən çox işləyən müəllimlərin balı isə 1,1 əmsalına görə hesablanacaq".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları