Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 17:26:00
İtaliyada növbəti tədris ili üçün təqaüd proqramı elan olunub              

İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi “İstedadına sərmayə et” təqaüd proqramına sənəd qəbulu elan edib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində istedadlı gənclər İtaliyada magistratura səviyyəsində mühəndislik və informasiya texnologiyaları, memarlıq, dizayn, idarəetmə və iqtisadiyyat üzrə təhsil ala biləcəklər.

 

Proqrama fevralın 15-dək müraciət etmək olar. Təqaüd proqramı barədə ətraflı məlumatla Təhsil Nazirrliyinin saytında tanış olmaq mümkündür