Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 16:32:00
Bakı məktəblərində psixoloq işi üçün müraciət edənlərin sayı açıqlanıb

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə qeydiyyat başa çatıb.

 

AzEdu.az xəbər verir ki, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müvafiq elektron sistemi vasitəsilə ümumilikdə 787 müraciət daxil olub.

 

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.