Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 09:24:00
DİM: Hazırlanması nəzərdə tutulan “İnformatika” vəsaitinə dair müzakirə aparılıb

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupun növbəti iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda gündəlik məsələ hazırlanması nəzərdə tutulan “İnformatika” vəsaitinin “İnformasiya prosesləri” mövzusunun müzakirəsi olub.

 

Görüşdə həm nəzəri hissənin, həm də həmin hissəyə aid olan “Müstəqil qiymətləndirmə tapşırıqları”nın və “İnformasiya və informasiya prosesləri” bölməsinə aid “Ümumiləşdirici tapşırıqlar”ın müzakirəsi aparılıb. Nəzəri materialın müvafiq fənn kurikulumunun təlim nəticələrinə və dərsliklərə uyğunluğuna xüsusi diqqət yetirilib, bildirilmiş fikir və təkliflər nəzərə alınıb.

 

İşçi qrupun növbəti iclası fevralın 21-də olacaq.