Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 14:15:00
Görmə məhdudiyyətli uşaqlar dərslikləri dinləyərək öyrənəcəklər

Şagirdlər ədəbiyyat dərsliklərini dinləyərək öyrənəcəklə

 

AzEdu.az xəbər verir ki, “Səsli dərslik 3” layihəsinin təqdimat mərasimi keçirilib

 

"Səsli dərslik 3" layihəsinin təqdimat mərasimi keçirilib. Layihə çərçivəsində orta məktəblərdə tədris edilən ədəbiyyat dərsliklərindəki bədii mətnlər peşəkar qiraətçilər tərəfindən səsləndirilib və şagirdlərin istifadəsinə verilib. Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində hazırlanan resurslar görmə imkanları məhdud olan uşaqların dərsliklərə əlçatanlığını təmin etmək və şagirdlərin öyrənmə, natiqlik bacarığını inkişaf etdirmək məqsədi daşıyır.

 

 Aparılan araşdırmalara görə Azərbaycanda təxminən otuz minə qədər görmə imkanları məhdud olan insan var və bu kateqoriyadan olan insanların bir hissəsini  məktəb yaşlı uşaqlar təşkil edir. Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə həmin uşaqların öyrənmə prosesini asanlaşdırmaqla yanaşı digər məktəblilər üçün də yeni imkanlar yaradacaq. Dərsliklə yanaşı şagirdlər mobil telefon və kompüterdən səmərəli istifadə edərək peşəkar qiraətçilərin səsləndirdiyi bədii mətnləri dinləyərək biliklərini daha da möhkəmləndirəcəklər. Dərsliklər Azərbaycan Radiosunun diktorları, xalq artisti Eldost Bayram və Səməd Hətəmov tərəfindən səsləndirilib.    

 

“Səsli dərslik 3” layihəsi davam etdiyi müddətdə 2-ci və 3-cü qrant müsabiqələri çərçivəsində hazırlanan 5-7 ci sinif ədəbiyyat kitabları təkrar dərslik nəşrinə uyğun olaraq  təkimləşdirilib, 8,9,11-ci sinif ədəbiyyat dərslikləri isə bu il hazırlanaraq ictimaiyyətə təqdim olunub. Beləliklə, orta ümumtəhsil məktəblərində tədris edilən 5,6,7,8,9,11-ci sinif ədəbiyyat dərsliklərinin əsasında yaradılan “Səsli dərslik”lər məktəblilərin istifadəsi üçün  artıq tam hazırdır. Səsli resursları www.sesliderslik.az portalında və “youtube”də “sesliderslik az” kanalında dinləmək mümkündür.

 

Qeyd edək ki, layihənin rəhbəri Kəlbəcər rayonu 19 saylı orta məktəbin müəllimi Nofəl Şirinovdur.

 

https://www.youtube.com/channel/UCeeSFm6P0nbDCJKh-b9Sqzw