Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 12:53:00
Məktəbli qız bullinqə qarşı tətbiq hazırladı-On minlərlə dollar qazandı  

13 yaşlı hindistanlı məktəbli Anuşka Colli məktəblərdə bullinqlə mübarizə üçün rəqəmsal platforma və mobil proqram hazırlayıb.

O, öz layihəsi üçün 5 milyon rupi (təxminən 66,400 dollar) maliyyə vəsaiti toplayıb.

 

Collinin jurnalistlərə verdiyi məlumata görə, sinif yoldaşları kiçik sinifdən olan bir qıza sataşmağa və təhqir etməyə başlayanda onun cəmi 9 yaşı var imiş.

“Tezliklə bunun nə qədər adi olduğunu başa düşdüm, zorakılıqdan və özünə inamını itirməkdən əziyyət çəkən bir çox uşaq gördüm”, - deyə o bildirib.

Nəhayət, üç il əvvəl o, tələbələr və valideynlər üçün bu cür hadisələri anonim şəkildə bildirmək məqsədilə “Anti Bullying Squad” (ABS) adlı bir platforma yaratmağa qərar verib. İndi də Anuşka bu cür hadisələrin anonim şəkildə bildirilməsi üçün “Kavaç” (“Zireh”) mobil tətbiqini hazırlayıb.

O, yaradıcıların potensial investorlara startapları təqdim etdiyi “Shark Tank India” televiziya şousunun ən gənc iştirakçısı olub.

Yeniyetmənin təşəbbüsü 5 milyon rupi dəyərində investisiya təklifi cəlb etdi.

Mənbə: TASS