Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 12:06:00
Bakıda uşaq bağçası qarət edildi

Bakıda uşaq bağçası qarət olunub.

 

AzEdu.az xəbər verir ki, yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.