Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 11:38:00
 Respublika fənn olimpiadalarının yarımfinal turu 30 mərkəzdə təşkil ediləcək

 Fevralın 27-də respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, yarımfinal turu Bakı şəhərində 5, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 24 mərkəz olmaqla ümumilikdə 30 mərkəzdə təşkil ediləcək.

 

Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçiriləcək.

 

Yarımfinal turunda iştirak etmək üçün şagirdlər fevralın 14-dən 18-dək https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqəsini yükləyə və çap edə bilərlər. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlər təhsil aldıqları məktəblərə və ya yerli təhsil idarəetmə orqanlarına müraciət edə bilərlər.

 

Qeyd edək ki, informatika fənnindən iştirak edəcək şagirdlər fevralın 21-dən etibarən buraxılış vərəqəsini əldə edə biləcəklər. İmtahan martın 5-6-da keçiriləcək.

 

Xatırladaq ki, olimpiadanın rayon (şəhər) mərhələsi yanvarın 22-də keçirilib. Qaydalara əsasən, respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər iştirak etmək hüququ qazanıb. Bu mərhələdə 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10 və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu üzrə yarışacaqlar. Yarımfinal turunda ən çox iştirakçı 1888 nəfər olmaqla Azərbaycan dili və ədəbiyyat fənni üzrə təşkil edir.

 

Respublika fənn olimpiadaları Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı və “Kapital Bank”la əməkdaşlıq əsasında həyata keçirilir.