Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 11:25:00
İmtahan nəticələri, təhsildə baş verən yeniliklər-Ötən həftəyə baxış

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə  7-13 fevral tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

İstedadlı şagirdlər üçün keçirilən imtahanın nəticələri açıqlanıb:

 

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

 

Azərbaycan və Türkiyə arasında 4 peşə ixtisası üzrə təhsil proqramları hazırlanır:

 

Azərbaycan və Türkiyə arasında 4 peşə ixtisası üzrə təhsil proqramları hazırlanır.

 

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.

 

Rayon təhsil şöbələrindən birində maliyyə nöqsanları aşkarlanıb:

 

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il Təhsil Nazirliyinin Kəlbəcər Rayon Təhsil Şöbəsində bəzi maliyyə pozuntuları aşkarlayıb.

 

Peşə məktəblərində oxuyanların attestasiya qaydası dəyişdirilib:

 

“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, cari qiymətləndirmə zamanı tələbənin sərbəst işi nəzərə alınmayacaq. Tələbə yarımil ərzində maksimum 10 bal davamiyyət (yarımil ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılır), maksimum 20 bal praktiki məşğələ və ya laboratoriya dərslərindəki nəticələrinə görə (eyni modul/fəndən həm praktiki məşğələ, həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır) və maksimum 20 bal nəzəri dərslərdəki nəticələrinə görə əldə edə bilər.

 

DİM peşə liseylərinin buraxılış sinfində təhsil alanlara müraciət edib:

 

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlərinin buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin 11 illik orta təhsil səviyyəsi üzrə mart ayı ərzində keçirəcəyi şəhər və rayonların imtahan qrafikinə uyğun peşə liseyinin yerləşdiyi şəhərdə (rayonda) keçiriləcək.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları