Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-12 12:40:00
Maliyyə-İqtisad Kollecinə sənəd qəbulu başladı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb.

Universitetdən AzEdu.az-a bildirilib ki, UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə qəbul olunanlar avqustun 24-dək sənədlərini təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.