Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-12 11:27:00
Təhsil İnstitutu çətin hesablama tapşırıqları ilə bağlı vebinar təşkil edəcək

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

AzEdu.az xəbər verir ki, növbəti vebinar fevralın 14-ü saat 16:00-da “Kimyəvi tarazlıq” və “Məhlullar” mövzuları üzrə keçiriləcək.

 

Vebinarın keçirilməsində məqsəd qeyd olunan mövzular üzrə çətin hesablama tapşırıqlarının həll edilməsidir. Vebinarda spiker qismində Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin dekanı kimya üzrə fəlsəfə doktoru, dosent Elşad Abdullayev çıxış edəcək.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.