Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-11 14:04:00
İsmayıllı məktəbindəki qətl belə baş verib – RTŞ müdirindən açıqlama  

 

 

“Məktəbdəki qətlin tərəfləri arasında şəxsi münasibətin olduğu ilə bağlı kollektivdə məlumat yoxdur”.

 

Bunu AzEdu.az-a açıqlamasında İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev deyib.

 

Belə ki, İsmayıllı rayonunda məktəbdə gözətçi texniki işçini qətlə yetirib.

 

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, hadisə rayonun Basqal kənd tam orta məktəbində qeydə alınıb.

 

Məktəbin gözətçisi olan kənd sakini Bəxtiyar Əhmədli məktəbin texniki işçisi Gülarə Qəhrəmanovanı aralarında baş verən mübahisə zəminində bıçaqlayaraq öldürüb.

 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

 

RTŞ rəhbəri məsələyə münasibət bildirib:

 

“Hazırda məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Əldə etdiyimiz məlumata əsasən, hadisəni törədən gözətçi səhər işə gəlib və məktəbdə çalışan xanım xadiməni  təhsil müəssisəsindən kənar hissəyə çağıraraq ona bıçaq zərbələri endirib. Xanım da aldığı xəsarətdən rəhmətə gedib. Hər ikisi kollektivdə normal insanlar kimi tanınıblar. Hadisə birdən-birə baş verib. Lakin bunun hüquqi tərəfi araşdırılır. Aralarında şəxsi münasibətin olduğu ilə bağlı kollektivdə məlumat yoxdur. Lakin araşdırma nəticəsində buna dəqiq cavab tapa biləcəyik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları