Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-11 12:04:00
MİQ müsabiqəsi və kurikulumla bağlı sərt fikirlər: “Yeni mövzular salınacaq və ...”

 

 

“Azərbaycan müəllimlərinin başına konkret oyun açırlar. Hamısı da sivil ölkədə dələduzluq kimi qiymətləndirilə bilər”

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi qeyd edib.

 

Ekspert MİQ üzrə keçirilən imtahanlardan danışaraq vakant yerlərin azlığına və müəllimlərin işsizliyi məsələsinə diqqət çəkərək həll yolları üçün təkliflərini irəli sürüb:

 

“Verdiyi təhsilə şübhə ilə yanaşıb bir də imtahan edərək işə götürür. Halbuki, bunun üçün başqa şəffaf mexanizmləri tətbiq etmək olar, amma sərf etmir, pul yemək üçün belə yaxşıdır. Hər il 45 mindən 60 minədək müəllim Müəllimlərin işə qəbulu üzrə müsabiqədə içtirak etsə də onlar üçün cəmi 7-8, bəzən də 9 min vakant yer çıxarılır. Demək olar ki, 40 min nəfərdən çox müəllim hər il imtahanlardan kəsilərək işsizlər ordusunu yaradır. Əslində isə belə olmaması üçün aşağıdakıları tətbiq etmək olar: Gizlədilmiş vakansiyaları üzə çıxarmaq; ali və orta ixtisas təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul üzrə plan yerlərini azaltmaq;  siniflərin komplektləşdirilməsini apararaq, minimal say olaraq 18, maksimal say olaraq 25 nəfər şagird sayını müəyyənləşdirmək”.

 

“Verilən təhsil həqiqətən bərbad vəziyyətdədir”

 

“Pedaqoji ixtisas üzrə təhsil alan tələbə imtahana girib daha çox 0-15 bal, ondan bir qədər az 15-30 bal aralığında nəticə göstərir. Bu isə birmənalı olaraq onu deməyə əsas verir ki, keyfiyyətli müəllim yetişdirməkdə maraqlı deyillər. Keyfiyyətli təhsillə təmin etmirlər. Tələbələr nə edirsə, öz gücünə edir”.

 

Ekspert müəllimlər üçün hazırlanan vəsaitlər və onların qiymətindən söz açıb:

 

“Müəllimlərin işə qəbulu üzrə hər il bir kitab çıxarırlar. Kitablardan çox müəllifləri var. Bu da azmış kimi çərçivə çıxarırlar. İndi də deyirlər ki, əlavə kurikuluma yeni mövzular salınacaq. Yenə də bu məsələ gedib dayanır işbazların pulbazlığına. Köhnə kitablara yeni mövzuları əlavə edib yeni nəşr adı ilə 15-20 manata müəllim olmaq istəyənlərə satacaqlar. Onsuz da universitet və ya kollec təhsili ilə nəticə əldə edə bilməyən müəllim hazırlıqlara gedərək pul xərcləyir, bir də əlavə olaraq hər il yeni nəşr adı ilə kitab alır”.