Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-11 11:38:00
20 nömrəli məktəb-lisey əyani tədrisə qayıdıb

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə əyani dərslər bərpa edilib.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil idarəsi məlumat yayıb  

 

Qeyd edək ki, fevralın 3-dən paytaxtdakı 20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçmişdi. 20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə ötən il oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı. Ötən ilin noyabrın 11-dən isə əyani tədrisə geri dönmüşdü.

Xatırladaq ki, Bakıda 149 və 184 nömrəli tam orta məktəblərdə də bu gündən əyani dərslər bərpa edilib.