Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-10 09:30:00
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var  

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərindəki məktəbdə atışma baş verib.

 

Bu barədə polisə istinadən ABC telekanalının yerli bölməsi məlumat yayıb.

 

Telekanalın məlumatına görə, atışmanın məktəb binasının daxilində, yaxud çölundə baş verdiyi hələ məlum deyil. Atışma zamanı biri tələbə olmaqla iki nəfər yaralanıb.

 

Şəhər polisi öz tviter səhifəsində şəhər sakinlərinə hadisə yerində olduqlarını bildirib.

 

Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.