Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 16:34:00
ADNSU tələbəsi startap müsabiqəsinin qalibi olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi ixtisasının II kurs SABAH  qrupu tələbəsi  Qurbanova Rəvanə “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində  “ideyadan uğurlu biznesə”  startap müsabiqəsində I yerə layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, EKVITA və KOBİA-nın dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi müsabiqədə ümumilikdə 98 startap layihəsi iştirak edib. Bu layihələr yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Finalda iştirak edən 10 komanda layihəsi arasından ADNSU tələbəsinin startap layihəsi olan “başla idarə olunan əlillik arabası” 1-ci yerə layiq görülüb. Layihə Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etmək və onların potensialını üzə çıxarmaq, eyni zamanda yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına, inkişafına dəstək göstərilməsi məqsədi ilə keçirilib.