Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 13:30:00
İlahiyyat İnstitutunun yaranmasından 4 il ötür

İnstitut Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tebeliyində yaradılıb.

 

 

AzEdu.az xəbər verir ki, ölkədə yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını qarşısına məqsəd qoyan institut qısa zamanda bir sıra nailiyyətlər əldə edib.

 

 

Yerli və xarici ölkə universitetləri ilə sıx əlaqələr yaradılıb, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayıb.

 

 

2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla Ceyhun Məmmədov instituta rektor təyin edilib. 2020-ci ilin may ayının 12-də verilən sərəncamla isə Aqil Şirinov institutun rektoru vəzifəsini icra etməyə başlayıb.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları