Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 11:50:00
DİM-də keçirilən ICDL beynəlxalq imtahanlarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində ICDL (International Computer Driving Licence – Kompüterdən İstifadəyə dair Beynəlxalq Lisenziya) imtahanının aşağıda qeyd edilən proqramları üzrə imtahanlar təşkil olunur. Verilmiş linklərə keçid etməklə ICDL-in müxtəlif kateqoriyalara uyğun imtahanları, modulları haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

 

AzEdu.az xəbər verir ki, ICDL 100-dən artıq ölkədə 17 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan rəqəmsal bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilirlər.

 

ICDL regional mərkəzlərinin rəhbərliyi altında ICDL-in tərəfdaşlıq etdiyi qurum və test mərkəzləri Keyfiyyət Təminatı Standartlarına (Quality Assuarance Standards – QAS) ciddi qaydada riayət edirlər.

 

Keyfiyyət siyasəti və standartları

 

ICDL beynəlxalq səviyyədə tanınmış ISO 9001:2015 keyfiyyət standartına əsaslanan Keyfiyyət İdarəetmə Sistemi yaradıb və müntəzəm olaraq daxili və xarici keyfiyyət yoxlamaları aparılır. ICDL Keyfiyyət Təminatı Standartlarını müəyyən edir və bütün akkreditasiya olunmuş test mərkəzləri sertifikatlaşdırma proqramlarının həyata keçirilməsi və təşviqi zamanı bunlara riayət edirlər.

 

ICDL Avropanın (ICDL Europe) sertifikatlaşdırma proqramları dünyanın hər yerindən cəlb edilən İT ekspertləri və sahənin mütəxəssisləri tərəfindən tərtib edilir və təsdiqlənir. Həmçinin, davamlı olaraq bazar ehtiyaclarına və texnoloji irəliləyişlərə uyğun olaraq sertifikatlaşdırma proqramları inkişaf etdirilir.

 

Qeyd edək ki, ICDL imtahanlarının tanınması aşağıdakı müxtəlif beynəlxalq qurumlar tərəfindən təsdiq olunub:

  1. The European Digital Competence Framework” sənədi UNESCO-nun müvafiq hesabatında rəqəmsal səriştəlilik bacarıqlarının qiymətləndirməsi üçün istifadə olunub. Hesabatda hər bir alət üçün öyrənmə nəticələri “DigComp”un 21 səriştəsi ilə müqayisə edilib. Qiymətləndirilən bütün alətlər arasında ICDL “Digcomp”da verilən öyrənmə nəticələrinə ən yaxın alət kimi qeyd olunub.

2. ICDL 2017-ci ildə Təhsildə Beynəlxalq Texnologiya Cəmiyyəti (ISTE) tərəfindən tanınıb. ISTE təhsil texnologiyalarına sadiq olan üzvlük təşkilatıdır. Öyrənmə resursları və proqramlarının ISTE Standartlarına uyğun olduğuna qərar verildikdə, onlar “ISTE Alignment Möhür”ü ilə tanınır. ICDL bu möhürə sahib olan mərkəzdir.

3. Amerika Təhsil Kollecinin Tövsiyə Xidməti (ACE CREDIT®) ICDL imtahanlarının beş modulu üçün kollec kreditini qiymətləndirərək tövsiyə edib.

ICDL imtahanları barədə daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün linkə keçid edə bilərsiniz: https://dim.gov.az/activities/exams/ICDL/

 

Xatırladaq ki, DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.