Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 10:00:00
Magistraturaya sənəd qəbulu sona yaxınlaşır

Magistraturaya sənəd qəbulu sona yaxınlaşır.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 10-u saat 23:59-dək davam edəcək.

 

Bu gün saat 09:00-a olan məlumata əsasən, 12874 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 11800; rus bölməsi - 1074).

 

Sənəd qəbulunda iştirak etmək istəyənlər (“Şəxsi kabinet”i olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği oradakı hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

 

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

 

İmtahan fevralın 20-də keçiriləcək.