Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 09:24:00
DİM-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

Fevralın 8-də Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupun iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun onlayn sınaq variantı müzakirə olunub.

 

Müzakirədə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qrupun növbəti iclası fevralın 15-də olacaq.