Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-08 16:04:00
DİM peşə liseylərinin buraxılış sinfində təhsil alan şagirdlərə müraciət edib

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlərinin buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin 11 illik orta təhsil səviyyəsi üzrə mart ayı ərzində keçirəcəyi şəhər və rayonların imtahan qrafikinə uyğun peşə liseyinin yerləşdiyi şəhərdə (rayonda) keçiriləcək. Yəni şagirdlər peşə liseyi hansı rayonda yerləşirsə, həmin rayon üçün nəzərdə tutulmuş tarixdə (5, 6, 12 və ya 13 mart) imtahan verəcəklər.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 11 illik orta təhsil səviyyəsi üzrə (o cümlədən peşə liseyi şagirdlərinin ) buraxılış imtahanlarının rayon və şəhərlər üzrə qrafiki ilə Mərkəzin saytında yerləşdirilən linkdən tanış olmaq mümkündür.

Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı isə martın 14-də keçiriləcək.